
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığı zamanı Tayvana Amerika silahlarının tədarükü məsələsini müzakirə etdiyini bildirib.
Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.
ABŞ Prezidenti qeyd edib ki, bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar qəbul etməyi planlaşdırır.
“Məndə cavab var. Mən onunla bu barədə danışıram. Yaxşı söhbətimiz oldu və biz kifayət qədər tez qərar verəcəyik”, – Tramp vurğulayıb.