EN

İki boks əfsanəsi bu tarixdə döyüşəcək - Tayson Meyvezerə qarşı

Bakı. Trend:

Keçmiş dünya çempionları, amerikalı boksçular Mayk Tayson vəFloyd Meyvezer Konqo Demokratik Respublikasında döyüşkeçirəcəklər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Tayson "X" sosial şəbəkəsindəkihesabına məlumat verib.

Tədbir aprelin 25-də baş tutacaq.

48 yaşlı Meyvezerin peşəkar boks karyerasında 50 qələbəsi (27-sinokautla) var və heç vaxt məğlub olmayıb. O, beş çəki dərəcəsindədünya çempionu olub və 1996-cı il Olimpiya Oyunlarının bürüncmükafatçısıdır. Meyvezer 2017-ci ildə peşəkar karyerasını başavurub.

Peşəkar karyerasını bitirdikdən sonra Meyvezer bir neçə nümayişxarakterli döyüş keçirib. O, kikboksçu Tensin Natsukavanı birinciraundda nokaut edib, bloqer Loqan Pol və Don Mur ilə döyüşləriheç-heçə başa vurub, MMA döyüşçüsü yapon Mikuru Asakura və bloqerOladeji Olatuncini məğlub edib, Aaron Çalmers və Con Qotti iləgörüşləri isə nəticəsiz qalıb. Bundan başqa, o, iki çəkidərəcəsində UFC kəmərinin keçmiş sahibi olan irlandiyalı KonorMakqreqoru boks görüşündə məğlub edib.

Məqalədə:
Chosen
24
az.trend.az

1Sources