EN

Göygöldə şagirdlər arasında zəhərlənmə - hadisə nəzarətə götürülüb YENİLƏNİB

Göygöl, 17 fevral, Elcan Məmmədov, AZƏRTAC

Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagirdlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit” diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.

Qida Təhlükəsizliyi Agentliyindən faktla bağlı araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.

10:09

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində baş verib. Məlumata görə, dünən dərs vaxtı məktəbin aşağı siniflərində təhsil alan təxminən 10 şagirdin səhhətində narahatlıq yaranıb və onlar özlərini pis hiss ediblər.

Şagirdlər dərhal tibb müəssisəsinə aparılıb, onlara zəruri tibbi yardım göstərilib və evə buraxılıblar.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır.

Chosen
105
1
azertag.az

2Sources