EN

Universitet müəllimi vəfat edib

Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının sabiq baş müəllimi Elza Musayeva vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Mərhum Elza Kamal qızı Musayeva 1950-ci ildə Naxçıvan şəhərində anadan olub.

O, 1980-ci ildə Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. Uzun müddət universitetin Bədən tərbiyəsi və idman kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.

Allah rəhmət eləsin.

"Cebheinfo.az"

Chosen
7
7
cebheinfo.az

8Sources