EN

Danışıqlar prosesində yeni mərhələ başlayır

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya Prezidentin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətini daşıyan təyyarə Ukrayna məsələsi ilə bağlı danışıqlar üçün Cenevrə şəhərinə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS agentliyinə danışan mənbə bildirib.

Mənbə “Təyyarə eniş etdi” deyə bildirib.Moskvadan Cenevrəyə uçuş doqquz saat davam edib və Rusiyaya qarşı düşmən mövqe tutan ölkələrin hava məkanı yan keçilib. İtalya İsveçrəyə birbaşa uçuş üçün hava məkanını açıb.

Ukrayna ilə bağlı növbəti danışıqlar mərhələsinin 17–18 fevral tarixlərində Cenevrədə keçirilməsi planlaşdırılır. Görüş Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli formatda təşkil olunacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
cebheinfo.az

2Sources