EN

İran sahillərində kölgə: ABŞ gəmiləri və qırıcıları görünür

Vaşinqtonun İranın nüvə proqramı və ölkə daxilində etirazlara qarşı basqılarla bağlı təzyiqi davam etdiyi bir vaxtda peyk görüntüləri ABŞ-nin təyyarədaşıyan gəmisi “USS Abraham Lincoln”un İran yaxınlığında olduğunu təsdiqləyib. 

Məlumata görə, gəmi yanvarın sonunda Körfəz bölgəsinə göndərilib və hazırda Oman sahilləri yaxınlığında, İrandan təxminən 700 km məsafədə yerləşir. 

Onun tərkibində F-35 qırıcıları da daxil olmaqla 90-a yaxın təyyarə və minlərlə hərbçi var. ABŞ-ın həmçinin dünyanın ən böyük hərbi gəmisi sayılan “USS Gerald R. Ford”u da Yaxın Şərqə göndərdiyi bildirilir. Peyk görüntülərinə əsasən, bölgədə ümumilikdə 12 ABŞ hərbi gəmisi müşahidə edilib. 

Bunlara aviadaşıyıcı zərbə qrupu, bir neçə esmines və Körfəzdə yerləşən döyüş gəmiləri daxildir. ABŞ-nin İordaniyadakı bazasında F-15 və digər qırıcıların sayı da artıb. İran da cavab olaraq Hörmüz boğazında hərbi təlimlərə başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə raket və dəniz qüvvələrinin iştirak etdiyi manevrlər keçirir. 

Ekspertlərin fikrincə, ABŞ-nin bölgədəki hərbi mövcudluğunun artırılması mümkün cavab addımlarını önləməyə və genişmiqyaslı eskalasiyanın qarşısını almağa yönəlib. 

Chosen
68
1
cebheinfo.az

2Sources