Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 15-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Q.ƏLİYEV XQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.