EN

Prezident İlham Əliyev Si Cinpinə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin XalqRespublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

Trend xəbərverir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Sədr,

Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Baharbayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdəntəbrik etməkdən məmnunluq duyuram.

Sülh və harmoniyanın rəmzi, yeniliyin, ümidin, təbiətəminnətdarlıq hissinin təcəssümü olan bu qədim bayram bütün qayəsiilə qarşılıqlı anlaşmanı, dostluğu və birliyi tərənnüm edir. Çintəqvimi ilə yeni ilin gəlişini qeyd edən Çuntsze bayramınınxalqınıza xoş ovqat, firavanlıq və bol ruzi-bərəkət gətirməsinidiləyirəm.

Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuşhərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsi vəyeni məzmun qazanması bizi sevindirir. Şübhəsiz ki, siyasidialoqumuzun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərindaha sürətli inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Əminəm ki, Azərbaycan-Çin ənənəvi dostluq münasibətləri,səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraqbirgə səylərimizlə bundan sonra da genişlənəcək, stratejitərəfdaşlığımız daha da güclənəcəkdir.

Bu bayram münasibətilə bir daha Sizə ən səmimi təbriklərimiçatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövlətifəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına isə daiməmin-amanlıq və rifah arzulayıram".

Chosen
66
49
az.trend.az

10Sources