Misli Premyer Liqasının 20-ci turunda cəmi 8 qol vurulub.
QOL.az PFL-in saytına istinadən xəbər verir k, baş tutan 6 oyunda orta məhsuldarlıq 1,33-ə bərabər olub.
Vurulan topların yarısı “Kəpəz” – “Neftçi” görüşündə (1:3) qeydə alınıb. “İmişli” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçlarında qonaqlar, “Zirə” – “Karvan-Yevlax” və “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşmalarında meydan sahibləri bir qolla qələbə qazanıb. “Şamaxı” – “Turan Tovuz” oyunu isə 0:0 hesabı ilə başa çatıb.
Bu, mövsümün antirekordudur. Əvvəlki 19 turda ən az qol 4-cü turda vurulub – 9 top (orta məhsuldarlıq 1,50).
Qeyd edək ki, daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün 29-cu turunda təsadüf olunub. Həmin vaxt 5 görüşdə 6 top vurulub və orta göstərici 1,20 olub.