EN

Rüfət Abbasov: İndidən nəsə demək çətindir

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan millisinin və "Şamaxı"nın futbolçusu Rüfət Abbasov Sport24.az-a müsahibə verib.- Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"la qolsuz heç-heçə etdiniz. Matç haqqında fikirlərin...- Bizi ağır oyun gözlədiyini bilirdik. Elə də oldu. Amma bu matça yaxşı hazırlaşmışdıq. Xal və ya xallar qazanmaq istəyirdik. Qol epizodlarımız da oldu, lakin yararlana bilmədik.- Bir xalı komandanız üçün qənaətbəxş hesab etmək olar?- Üç xal qazanmaq istəyirdik, təəssüf ki, alınmadı. Bir xala görə də üzülmürük. Əsas odu uduzmadıq, xallarımızın üstünə xal gəldi. - "Şamaxı"nın artıq Premyer Liqada qaldığını deyə bilərik?- Mövsüm davam edir. İndidən nəsə demək çətindir. Bacardığımız qədər daha da yuxarı pillədə mövsümü başa vurmaq niyyətindəyik. Hər qarşılaşmaya da qələbə üçün çıxacağıq. - Azərbaycan yığması UEFA Millətlər Liqasının D Liqasında Litva və Lixtenşteynlə eyni qrupa düşüb. Gözləntilərin necədir?- Bəli, qrupda rəqiblərimiz bəlli oldu. Hədəfimiz qrupu lider kimi başa vurmaqdır. 4 qarşılaşmanın hər birində qalib gəlməliyik. - Komandanın bu qrupdan C Liqasına yüksələ bilməməsini faciə hesab etmək olarmı?- Pozitiv düşünək. İnanıram ki, C Liqasına yüksəlməyi bacaracayıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
sport24.az

1Sources