EN

Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb

Tbilisi, 17 fevral, AZƏRTAC

Gürcüstan tarixində ilk dəfə olaraq Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb.

AZƏRTAC xəbər verier ki, bu uğura Luka Berulava və Anastasiya Metelkina cütlüyü fiqurlu konkisürmə yarışlarında imza atıb.

Onlar “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarında fəxri kürsüyə qalxıblar.

Berulava və Metelkina cütlüyü qısa proqramdan sonra 75.46 xalla ikinci yeri tutub, sərbəst proqramda 146.29 xal, iki proqramın cəmində isə 221.75 xal toplayaraq ikinci yeri tutublar.

Qızıl medala 231,24 xalla yaponiyalı cütlük sahib çıxıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
21
1
azertag.az

2Sources