EN

“Kulturologiyada metodoloji axtarışlar”ın tədqiqinə yeni baxış

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Vəfa Xanoğlan

Azərbaycan Universitetinin müəllimi,

Sənətşünaslıq elmləri doktoru

Azərbaycan kulturologiyasının ayrı-ayrı problemlərinin tədqiqata cəlb edilməsi çağdaş sənətşünaslığımızın qarşısında duran aktual məsələlərdən biridir. Bu vəzifələrdən biri də kulturologiyada metodoloji axtarışların məzmun və ideyasını açmaq, onun bütünlüklə xarakterik əlamətlərini ortaya çıxarmaqdır. Bu cəhətdən kulturologiya üzrə fəlsəfə doktoru, professor Xaləddin Sofiyevin "Kulturologiyada metodoloji axtarışlar” monoqrafiyası diqqəti cəlb edir. ( Bakı, "Elm və təhsil", 2024, Elmi redaktoru, akademik Nizami Cəfərov, rəyçilər professor Rəna Məmmədova, kulturologiya elmləri doktorları Nigar Əfəndiyeva və Çingiz Abdullayevdir). Dörd fəsildən ibarət olan monoqrafiyada mədəniyyətin semiotikası, strukturalizm, postmodernizm, poststrukturalizm kimi məsələlər ümumiləşdirilmiş və kulturologiyada metodoloji axtarışları aktual edən problemlər tədqiqat predmeti kimi götürülür. Monoqrafiyada kulturologiyanın müstəqil elm kimi inkişafından, mədəniyyət və sivilizasiya ilə ilişgilərindən bəhs edilərək belə bir qənaət təsdiqlənir ki, bu elmin tarixi digər elmlərin yeni nəticələri ilə zənginləşərək, çağdaş mədəniyyətin öyrənilməsinin və təkmilləşdirilməsinin elmi metodunu yaratmışdır. Bu metod tarixilik prinsipini əsas tutmaqla yanaşı, həm də məntiqə və dərketmə nəzəriyyəsinə əsaslanır. Tədqiqatçının elmi səriştə ilə apardığı dərin tədqiqat zamanı ortaya qoyduğu çeşidli faktlar, yürütdüyü elmi mülahizələr demək olar ki yenidir. Tədqiqat əsərinin bütün fəsilləri zəngin məxəzlər, yüksək nəzəri təhlil və ümumiləşdirmələr əsasında işlənmiş, kulturologiyada metodoloji axtarışlar professional bir səviyyədə elmi müstəvidə təqdim edilmişdir.

"Kulturologiyada metodoloji araşdırmaları aktual edən amillər” adlanan birinci fəsildə metodologiyada şüurun özünürefleksiya prinsipləri, metodoloji anlayışların yeni yöndən fəallaşdırılması önə çəkilir.

Chosen
88
icma.az

1Sources