EN

Çia toxumunun ziyanı nədir? AÇIQLAMA

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Son dövrlər populyarlıq qazanan çia toxumları təzyiqi azaldan dərmanların təsirini gücləndirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə qastroenteroloq  Yekaterina Titova məlumat verib.

Həkimin sözlərinə görə, çia toxumları həm həll olunan, həm də həll olunmayan liflə zəngindir. Onlar yoğun bağırsağın faydalı mikroflorasının qidası kimi çıxış edir, həzm sisteminin hərəkətliliyini normallaşdırır və toxluq hissi yaradır. Bundan əlavə, tərkibində omeqa-3 yağ turşuları (alfa-linolen turşusu), bitki mənşəli zülal və minerallar var.

Lakin mütəxəssis xəbərdarlıq edib ki, çia toxumları bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər. Yüksək sorbsiya xüsusiyyətinə görə dərmanlar toxum qəbulundan ən azı 1-2 saat əvvəl və ya sonra içilməlidir. Çia toxumları antihipertenziv (təzyiqi salan) preparatların təsirini artıra, həmçinin nəzəri olaraq antikoaqulyantlarla birlikdə qəbul edildikdə qanaxma riskini yüksəldə bilər. Şəkərli diabet dərmanları qəbul edən şəxslərdə isə hipoqlikemik təsirin güclənməsi mümkündür. Daimi müalicə alan şəxslərə həkimlə məsləhətləşmək tövsiyə olunur.

Bundan başqa, həkim quru çia toxumlarının istifadəsinin təhlükəli ola biləcəyini bildirib. Onlar mütləq şəkildə ən azı 15-30 dəqiqə, daha yaxşısı isə bir neçə saat su, kefir, yoqurt və ya bitki südündə isladılmalıdır. Quru halda su ilə birlikdə qəbul edilməsi məsləhət görülmür.

Quru toxumlar mədə-bağırsaq traktına düşdükdə mayeni sürətlə sorur. Kifayət qədər su qəbul edilmədikdə bu, qəbizlik, köp, qarın ağrısı və ağır hallarda bağırsaq keçməzliyi ilə nəticələnə bilər. Xüsusilə bağırsaq hərəkətliliyi zəif olan və ya daraldıcı xəstəliklərdən əziyyət çəkən şəxslər diqqətli olmalıdır. Mütəxəssis gündə 1 çay qaşığı isladılmış toxumla başlamağı, tədricən miqdarı 1-1,5 xörək qaşığına qədər artırmağı tövsiyə edir. Təhlükəsiz gündəlik doza təxminən 10-25 qram (1-2 xörək qaşığı) hesab olunur. Gün ərzində kifayət qədər su içmək də vacibdir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
redaktor.az

2Sources