EN

Özünü “Tural” kimi təqdim etdi – 12 min manatı ələ keçirdi


Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, Ə.Quliyevin vətəndaşlara özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verdiyi müəyyənləşib.
Bu yolla o, vətəndaşlardan ümumilikdə 12 000 manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Chosen
49
6
yeniavaz.com

4Sources