Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.
Sabah UEFA Çempionlar Liqasında "Qarabağ" növbəti matçına çıxacaq. Azərbaycan təmsilçisi "Nyukasl"ı qəbul edəcək.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubunun heyətində yalnız bir itki var.
Komandanın əsas qapıçısı Mateuş Koxalskinin zədəsi davam edir. "Qarabağ"ın tibb heyəti qolkiperin "Nyukasl"la görüşdə oynaması üçün bərpa prosesini davam etdirirlər.
Koxalskinin sabah keçiriləcək matçda iştirak edib-etməyəcəyi oyunöncəsi məşqdə bəlli olacaq.
"Qarabağ"ın heyətində başqa itki yoxdur. Koxalski hazır olarsa, Ağdam təmsilçisi görüşə tam heyətlə çıxacaq.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də keçiriləcək.
Valdas Dambrauskas: “Qarabağ”ı başa düşmək olar”
XV turun oyun cədvəli açıqlanıb
"Sabah"dan çempionluq yolunda növbəti addım - YENİLƏNİB
“Sabah” Gürcüstanda çempion olub
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.