Misli Premyer Liqasında 20 tur geridə qalıb. Keçirilən 119 oyunda ("Qəbələ" - "Turan Tovuz" görüşü təxirə salınıb) 15 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Tural Qurbanov, Rauf Cabarov, Cavid Cəlilov, Kamranbəy Rəhimov və Əli Əliyev oyun idarə edib.
Həm Əliyarın, həm də Fəridin bu turda baş hakim kimi təyinat almaması daha iki ədalət təmsilçisinin onlara çatmasına şərait yaradıb. Cabarovla Cəlilov da bu mövsüm 11-ci dəfə baş hakim kimi iş başında olublar. Beləliklə, hakimlikdə "dördhakimiyətlik" yaranıb. Hesablarında 10 oyun olan Kamal Umudlu, Tural Qurbanov və Elçin Məsiyev isə liderlərin ən yaxın izləyiciləridir.
20-cu turda hakimlər rekord sayda qırmızı vərəqədən istifadə ediblər. Belə ki, dörd futbolçu oyundan qovulub. Cavid Cəlilov 2 futbolçuya - "Qarabağ"dan Kadi Borqesə, "İmişli"dən isə Dioqo Almeydaya "qırmızı" göstərib. Bundan başqa, FİFA referisi Elçin Məsiyev "Araz-Naxçıvan"la oyunda "Sumqayıt"ı, Əli Əliyev isə "Neftçi" ilə oyunda "Kəpəz"i azlıqda oynamağa vadar edib.
Beləliklə, hakimlər cari turda 4-ü "qırmızı" olmaqla, cəmi 20 vərəqədən istifadə ediblər.
Hakimlər 20 vərəqədən 12-ni (2-si qırmızı) meydan sahiblərinə, 8-ni (2-si qırmızı) isə qonaq komandanın oyunçularına göstəriblər.
Beləliklə, 20 turun yekununda sarı vərəqə sayı 477-yə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 16 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 493-ə bərabər olub. Bu da orta hesabla hər turda 24,7, hər oyunda 4,1 vərəqə deməkdir.
İyirmi tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 65 vərəqədən istifadə edib ki, bunun 5-nin rəngi qırmızı olub. Onu 3-ü qırmızı olmaqla, 46 vərəqədən yararlanan Kamal Umudlu təqib edir.
Əliyar Ağayev - 11 oyun
meydan sahibi 29 sarı 4 qırmızı
qonaqlar 31 1
cəmi: 60 5
Cavid Cəlilov - 11 oyun
meydan sahibi 17 1
qonaqlar 22 1
cəmi: 39 2
Rauf Cabarov - 11 oyun
meydan sahibi 18 0
qonaqlar 21 1
cəmi: 39 1
Fərid Hacıyev - 11 oyun
meydan sahibi 23 1
qonaqlar 12 0
cəmi: 35 1
Kamal Umudlu - 10 oyun
meydan sahibi 22 3
qonaqlar 21 0
cəmi: 43 3
Tural Qurbanov - 10 oyun
meydan sahibi 22 1
qonaqlar 21 0
cəmi: 43 1
Elçin Məsiyev - 10 oyun
meydan sahibi 22 0
qonaqlar 21 1
cəmi: 43 1
İnqilab Məmmədov - 8 oyun
meydan sahibi 16 0
qonaqlar 20 0
cəmi: 36 0
Rəşad Əhmədov - 8 oyun
meydan sahibi 14 0
qonaqlar 22 0
cəmi: 36 0
Rəvan Həmzəzadə - 8 oyun
meydan sahibi 16 0
qonaqlar 16 1
cəmi: 32 1
Kamranbəy Rəhimov - 8 oyun
meydan sahibi 9 0
qonaqlar 16 0
cəmi: 25 0
Əli Əliyev - 6 oyun
meydan sahibi 10 1
qonaqlar 11 0
cəmi: 21 1
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Vüqar Həsənli - 2 oyun
meydan sahibi 1 0
qonaqlar 1 0
cəmi: 2 0
Mirağa