EN

Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat alıb

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, o, bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos” və İtaliyanın “Numia Milano” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək.

Chosen
47
5
sia.az

6Sources