EN

ABŞ-də atışma zamanı 3 nəfər ölüb

ABŞ-nin Rod-Aylend ştatının Pautaket şəhərində xokkey meydançasında atışma baş verib.

AZƏRTAC zəbər verir ki, atışmada hadisəni törətməkdə şübhəli bilinən şəxslə birlikdə üç nəfərin öldüyü bildirilib.

Şəhər rəhbərliyi daha üç nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Təhqiqatçılar atışmanın ailə münaqişəsi zəminində baş verdiyini ehtimal edirlər.

Chosen
23
3
azerbaijan-news.az

4Sources