EN

Keçmiş məcburi köçkün: Böyük sevinc hissi ilə Ağdam şəhərinə qayıdırıq VİDEO

Bakı, 17 fevral, Elmir Səftərov, Tofiq Babayev, Mirrəsul Cəfərov, AZƏRTAC

Üç bacıyıq. 23 yaşımda Ağdam şəhərindən məcburi köçkün düşdük, doğma yurdumuzdan ayrı qaldıq. Son 33 ildir Bakı şəhərində, Səbail rayonunda məskunlaşmışıq. İndi isə böyük sevinc və qürur hissi ilə vətənimizə – Ağdam şəhərinə qayıdırıq. Bu illər ərzində bizə göstərilən diqqətə və qayğıya görə hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Bu sözləri AZƏRTAC-a Ağdam şəhərinə köçən keçmiş məcburi köçkün Fazilə Novruzova söyləyib.

O, başda Prezident İlham Əliyev olmaqla bu prosesdə əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib: “Bizim üzərimizdə haqqı olan, bizə dəstək göstərən, dar gündə yanımızda duran hər kəsə təşəkkür edirik”.

F.Novruzova əlavə edib ki, planı doğma torpağa qayıdıb yeni həyata başlamaq, şəhərin dirçəlişində əlimizdən gələni etməkdir.

Chosen
34
2
azertag.az

4Sources