EN

Türkiyədə narkotiklə bağlı istintaq çərçivəsində bir neçə məşhur saxlanılıb

İstanbul Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində 17 nəfər saxlanılıb.

Missiya.Az xəbər verir ki, saxlanılanlar arasında müğənni Murat Dalkılıç, “Duman” qrupunun solisti Kaan Tangöze, aktyor İsmayıl Hacıoğlu və stilist Kemal Doğulu da var.

Məlumata görə, əməliyyat zamanı bəzi şübhəlilərin üzərindən narkotik maddə aşkarlanıb. Faktla bağlı araşdırma davam etdirilir.

Seyranə Quliyeva

Missiya.Az

Chosen
29
missiya.az

1Sources