EN

İki Premyer Liqa klubu Kloppa təklif göndərdi

BAKI, 17 fevral. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları almaniyalı mütəxəssis Yurgen Kloppu baş məşqçilik postuna namizəd hesab edib.

Teleqraf “Liverpool Echo” nəşrinə istinadən xəbər verir ki, hər iki Premyer Liqa klubu 58 yaşlı mütəxəssisin agenti Mark Kositske ilə əlaqə saxlayıb.

Kositske bildirib ki, Klopp İngiltərədə başqa bir klubu çalışdırmaq istəmir.

“Hazırda onun yenidən məşqçiliyə qayıdacağını təsəvvür etmirəm, çünki yeni rolundan çox razıdır və bu mühitdə özünü rahat hiss edir. Ola bilsin, gələcəkdə yenidən paltardəyişmə otağının ab-havasını hiss etmək istədiyini desin. Amma indiki məqamda öz vəzifəsindən çox razıdır. "Red Bull"a qoşulmazdan əvvəl Klopp ABŞ və ya İngiltərə millisinin baş məşqçisi ola bilərdi. Hətta Almaniya yığmasını da çalışdıra bilərdi, əgər orada Yulian Nagelsmann olmasaydı”, – deyə Kositske qeyd edib.

Qeyd edək ki, Yurgen Klopp 2024-cü ilin mayında doqquz mövsümdən sonra “Liverpul”dan ayrılıb. O, bu yaxınlarda “Red Bull” konserninin qlobal idman əməliyyatları üzrə rəhbəri vəzifəsinə təyin olunub.

Chosen
28
teleqraf.com

1Sources