“Sosial şəbəkələr azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar”.
“Yeni Sabah” xəbər verir ki, bunu Əməkdar artist Nailə İslamzadə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, sosial şəbəkələrdən hər kəs iştirk edir, ona görə də yazılanlara diqqət etmək vacibdir:
“Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil. Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadı. Bəzən yazılanları oxuduğumuzdan, təsadüfən olsa da, qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq.
Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları söz əvvəlcə öz səviyyələrini göstərir”.
Aydan Hacı
Telegram kanalımız