EN

Göygöldə məktəbdə kütləvi zəhərlənmə olub




Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb.

Newscenter.az "xəbər verir ki, Report"un Qərb bürosunun məlumatına görə, hadisə fevralın 16-sı rayonun Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində qeydə alınıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, həmin məktəbdə dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:

"Şagirdlər xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".

Faktla bağlı araşdırma aparılır.
Chosen
45
3
newscenter.az

4Sources