EN

Türkiyə limanlarından yanvarda 1,4 milyon ton kənd təsərrüfatı məhsulu daşınıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

Bu ilin yanvar ayında Türkiyə limanlarından 1 milyon 443 min 447 ton kənd təsərrüfatı məhsulları daşınıb.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 53 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 1 milyon 443 min 394 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 4 min 43 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 401 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 642 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 32 milyon 510 min 593 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 324 min 93 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 186 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2026-cı ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 857 min 573 ton transit yük daşınıb.

Chosen
19
24
turkic.world

10Sources