EN

TƏBİB in icraçı direktoru kim olacaq? Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov infarkt keçirib.

Hadisə üç gün əvvəl baş verib.

Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra onun yerinə məhz Elçin Əmirovun gətiriləcəyi ehtimal olunurdu.

İndi onun səhhətində problemlərin yaranması bu ehtimalı bir qədər azaldır.

Bundan əlavə, məlumatlı şəxslər bildirirlər ki, onun əvvəlki rəhbərliyə yaxınlığı və digər məqamlar yayılan məlumatın şayiə olduğunu deməyə əsas verir/Bakupost

Xatırladaq ki, dünən Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.

O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib: "Hələki yeni təyin olunmuşam.  Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə bilmirəm".

Maraqlıdır, Anar İsrafilov hansı kadrları yarıtmaz sayır? Əgər belə kadrlar olubsa və ya varsa, o, niyə indiyə qədər müavin olaraq susub?

Mia.az-n əldə etdiyi məlumata görə, TƏBİB rəhbəri ilə yanaşı, İcrabi Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin də vəzifədən azad olunması gözlənilir. 

Mövzuya qayıdacağıq.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
mia.az

1Sources