EN

"Barselona"dan kritik xal itkisi

İspaniya La Liqasında XXIV tura yekun vurulub.
 
Moderator.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
 
“Barselona” səfərdə “Jirona” ilə üz-üzə gəlib. Kataloniyalılar çempionluq yarışında kritik xal itkisi ilə üzləşiblər. Gərgin keçən qarşılaşmada ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, turnir cədvəlinə 60 xalla “Real Madrid” başçılıq edir. Aktivində 58 xal olan “Barselona” isə ikinci yerdə qərarlaşıb.
 
Chosen
23
7
moderator.az

10Sources