EN

Olimpiadada tarixi an: Ana və oğul eyni yarışda

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Meksika dağ xizəyi komandasının üzvləri Sara Şleper və Lasse Xaxiola eyni Qış Olimpiya Oyunlarında yarışan ilk ana və oğul kimi tarixə düşüblər.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fevralın 16-da 18 yaşlı Xaxiola slalom yarışında çıxış edib, lakin ikinci cəhddə məsafəni uğurla başa vura bilməyib. Daha əvvəl - fevralın 12-də 46 yaşlı Şleper İtaliyada keçirilən supergiqant yarışında 1 dəqiqə 31,37 saniyə nəticə göstərərək 26-cı yeri tutub.

Qeyd edək ki, Sara Şleper daha əvvəl yeddi Qış Olimpiya Oyunlarında iştirak edən ilk dağ xizəkçisi kimi də tarixə düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
oxu.az

1Sources