ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı 2028-ci ilin sonuna qədər bütün modellər üzrə xərcləri 20% azaltmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Manager Magazin" nəşri xəbər yayıb.
Məlumata görə, ötən ay şirkətin rəhbərləri Berlində keçirilən qapalı müşavirədə genişmiqyaslı xərclərə qənaət planını təqdim ediblər.
Xərclərin azaldılması Çindəki biznesin zəifləməsi, ABŞ-yə idxal rüsumlarının artması və qlobal rəqabətin sərtləşməsi şəraitində davamlı rentabelliyə qayıtmaq məqsədilə əsaslandırılıb.
Nəşr qeyd edir ki, məşhur şirkətin xərclərə qənaət etmək üçün konkret hansı addımları atacağı hələ bəlli deyil. Lakin bəzi zavodların bağlanması imkanlarının da nəzərdən keçirildiyi bildirilir.
Şirkət üç il əvvəl bütün modellər və bölmələr üzrə biznesin yenidən təşkili proqramını işə salıb. Bu müddət ərzində on milyardlarla avroya qənaət edilib, bu isə şirkətə ABŞ rüsumlarının artırılmasının nəticələrinin öhdəsindən gəlməyə kömək edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.