EN

Oynaqlara zərər verən vərdişlər 

Health Strategy klinika şəbəkəsinin terapevti və baş həkimi Dmitri Demidik oynaqlara ən çox zərər verən vərdişləri sadalayıb.


Manset.az E-saglam.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ən təhlükəli amil uzun müddət hərəkətsiz qalmaqdır. Saatlarla divanda və ya kresloda oturmaq oynaqların elastikliyini azaldır, qan dövranını zəiflədir və xüsusilə bud, diz və onurğada problemlər yaradır.

Demidik qeyd edib ki, müəyyən idman növləri də yaş artdıqca riskli ola bilər. 20 yaşında problemsiz edilən bəzi hərəkətlər 40 yaşdan sonra oynaqlara artıq yük gətirə bilər. Buna görə yaşa uyğun daha yumşaq məşqlər seçmək məsləhətdir.

Həkim həmçinin artıq çəkinin oynaqlara böyük təzyiq yaratdığını bildirib. Piylənmə dizlərə, çanaq-bud oynağına və ayaqlara əlavə yük verir və zamanla ağrı və iltihaba səbəb olur.

Demidik qidalanmanın da vacibliyini vurğulayıb. Protein, D vitamini, kalsium və maqnezium çatışmazlığı oynaqların zəifləməsinə gətirib çıxarır. Fast food və emal olunmuş qidaların isə iltihabı gücləndirdiyi qeyd olunub.

Chosen
57
4
manset.az

5Sources