EN

Olimpiadada tarixi hadisə baş verdi » AzadMedia.az


Olimpiadada tarixi hadisə baş verdi.
Tarixdə ilk dəfə ana və oğul eyni Qış Olimpiya Oyunlarında yarışıblar.
Yarışda Qış Olimpiya Oyunları tarixində ilk dəfə ana və oğul mübarizə aparıb.

Qırx altı yaşlı dağ xizəkçisi Sara Şleper və onun 18 yaşlı oğlu Lasse Qahiola İtaliyada keçirilən Olimpiya Oyunlarında iştirak ediblər.

2026 Oyunlarında Şleper super-G və nəhəng slalomda yarışdı. Lasse nəhəng slalom və slalomda yarışdı.

Olimpiada fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçirilir. İtaliyada keçiriləcək Oyunlarda bitərəf kimi ümumilikdə 13 rusiyalı idmançı mübarizə aparacaq. Onlar Açılış Mərasimində iştirak etməyiblər. Onların heç biri hələ heç bir medal qazanmasa da, ən yaxşı nəticəni skiatlonda dördüncü yeri tutan xizəkçi Saveliy Korostelev əldə edib.

2022-ci ilin martında Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarının yarışlardan kənarlaşdırılmasını tövsiyə edib.

Fevralın 7-nə keçən gecə Milan və Kortina d'Ampezzoda XXV Qış Olimpiya Oyunlarının rəsmi açılışı olub. Olimpiya məşəlinin yandırılması mərasimi eyni vaxtda iki ev sahibi şəhərdə baş tutub. İtaliyada keçiriləcək Oyunlarda bitərəf kimi ümumilikdə 13 rusiyalı idmançı mübarizə aparacaq. Onlar Açılış Mərasimində iştirak etməyiblər.
Chosen
11
1
azadmedia.az

2Sources