EN

Dembelenin Çempionlar Liqasında “Monako” ilə oyunda iştirakı şübhə altındadır

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

PSJ-nin hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasında “Monako” ilə oyundan əvvəl narahatlıq keçirir. O, özünü diskomfort vəziyyətdə hiss edir.

İdman.Biz “The Touchline”ın X sosial media hesabında verdiyi məlumata istinadla bildirir ki, onun oyunda iştirakı şübhə altındadır. Çempionlar Liqası pley-offunun ilk oyunu fevralın 17-də Monakodakı “Stade Louis II” stadionunda keçiriləcək.

Paris klubu ümumi Çempionlar Liqası mərhələsini 14 xalla 11-ci yerdə başa vurub. “Monako” səkkiz oyundan 10 xal qazanaraq 21-ci yerdədir.

Usman Dembele bu mövsüm klubun heyətində bütün yarışlarda 24 oyunda meydana çıxıb, 11 qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun dəyəri 100 milyon avrodur.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

2Sources