EN

İmran Xan azadlığa çıxmaq istəyir görmə qabiliyyətini...

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pakistanın sabiq baş naziri səhhətində ciddi problemlər yarandığını əsas gətirərək həbsdən buraxılmasını tələb edir.

Musavat.com xəbər verir ki, siyasətçi İslamabad Ali Məhkəməsinə müraciət edərək sağ gözündə görmənin demək olar tam itdiyini bildirib.

Pakistanın keçmiş baş naziri İmran Xan həbsdə olarkən sağlamlığının kəskin pisləşdiyini iddia edir. Onun vəkilləri bildiriblər ki, tromb səbəbindən siyasətçi sağ gözündə görmə qabiliyyətini demək olar tam itirib.

Müraciətdə həmçinin 2025-ci ilin dekabrında çıxarılan hökmün icrasının dayandırılması xahiş olunur. Həmin hökmə əsasən, İmran Xan dövlət aktivlərinin dəyərini aşağı göstərmək ittihamı ilə 17 il azadlıqdan məhrum edilib.

Sabiq baş nazirin tərəfdarları bunu siyasi motivli qərar hesab edir, hakimiyyət isə ittihamların korrupsiya işi ilə bağlı olduğunu bildirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
1
sherg.az

2Sources