Bakı. Trend:
Cenevrədə keçiriləcək danışıqlarda Tehran və Vaşinqton potensialrazılaşma çərçivəsində Amerika hücumunun qarşısını almaq üçüniqtisadi stimul olaraq ABŞ-ın İranın təbii sərvətlərinə çıxışınıntəmin edilməsi imkanını müzakirə edə bilərlər.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalıxəbər verib.
Kanalın mənbələrinə görə, nüvə sazişi ilə birlikdə bağlanabiləcək biznes sövdələşmələri ötən il ABŞ-İran danışıqlarının birneçə mərhələsində müzakirə olunub, o cümlədən "ABŞ-yə İran nefti,qazı və nadir torpaq ehtiyatlarının işlənməsi üçün imtiyazlı girişimkanı verilməsi".
CNN-in mənbələrindən biri bildirib ki, "məsələnin yenidəngündəmə gəlməsi gözlənilir".