EN

TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.

 

Senzor.az xəbər verir ki, bunu KİV-in sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.

 

Qeyd olunub ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Chosen
45
22
senzor.az

10Sources