EN

Mercedes in gəlirləri yarıbayarı azaldı Çin maşınlarına görə

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Alman avtomobil nəhəngləri olan BMW, Mercedes-Benz və Volkswagen ötən ilin yanvar–sentyabr dövründə ciddi mənfəət itkisi ilə üzləşib. Azalma əsasən Çin bazarında zəifləyən satışlar, ABŞ ilə gömrük rüsumu gərginliyi və ümumi tələbin aşağı düşməsi ilə əlaqələndirilir.Demokrat.az xəbər verir ki, doqquz ayın nəticələrinə görə Mercedes-in mənfəəti 50 faizdən çox, Volkswagen-in təxminən 60 faiz, BMW-nin isə 6,8 faiz azalıb. Üç şirkətin ümumi mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz geriləyərək 17,8 milyard avroya düşüb. Keçən il bu göstərici 32,9 milyard avro idi.Satışlar da zəifləyib. Üç istehsalçının qlobal avtomobil satışı 17 faiz azalaraq 9,5 milyon ədədə enib. Çin bazarında tədarüklər 8 faiz azalıb. Xüsusilə daxiliyanma mühərrikli lüks modellərə maraq əvvəlki illərlə müqayisədə xeyli zəifləyib.Elektrikli avtomobil satışlarında artım qeydə alınsa da, bu seqment hələ ümumi satışların cəmi 12 faizini təşkil edir. Alman istehsalçıları Çinli rəqiblərlə həm qiymət, həm də texnologiya baxımından daha sərt rəqabətlə üz-üzə qalıb.ABŞ-nin tətbiq etdiyi əlavə gömrük rüsumları da sektora təsir edir. Xüsusilə ABŞ bazarına ixrac edən şirkətlər üçün əlavə xərc yaranıb. Volkswagen bu rüsumların illik təsirini 5 milyard avroya qədər qiymətləndirir.Qeyd edək ki, Alman avtomobil sənayesi ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Sektor ümumi ixracın 17 faizini təşkil edir və yüz minlərlə insanı işlə təmin edir. Şirkətlər xərcləri azaltmaq, yeni modellər təqdim etmək və xüsusilə elektrikli avtomobil seqmentində mövqelərini gücləndirməklə vəziyyəti sabitləşdirməyə çalışır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
65
demokrat.az

1Sources