EN

"Okean Ştatı"nda baş verən atışmada şübhəli şəxs daxil olmaqla üç nəfər ölüb

ABŞ-də gənclər arasında xokkey oyununun keçirilməsi planlaşdırılan Rod-Aylend xokkey meydançasında baş verən atışma nəticəsində şübhəli də daxil olmaqla üç nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Rod-Aylend (Okean Ştatı) ştatının hakimiyyət orqanları "Associated Press" agentliyinə bildirib.

Pautaket polis rəisi Tina Qonsalves jurnalistlərə bildirib ki, daha üç yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hakimiyyət orqanları atışmanın məişət münaqişəsindən qaynaqlanan məqsədyönlü hücum olduğuna inandıqlarını bildiriblər.

Chosen
61
far.az

1Sources