EN

Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında medal əldə edib

İtaliyada keçirilən Olimpiya Oyunlarında fiqurlu konkisürənlər Anastasiya Metelkina və Luka Berulava cütlük yarışlarında gümüş medal əldə etməklə Gürcüstana Qış Oyunları tarixində ilk medalı qazandırıblar.

"Far.Az" xəbər verir ki, Metelkina ilə Berulava qısa və sərbəst proqramlarda 221,75 bal toplayıblar. Qaliblər sərbəst proqramda dünya rekordu (158.13) müəyyən edən yaponiyalı Riku Miura və Ryuiti Kihara (231.24 xal) olublar.

İlk üçlüyü Almaniya təmsilçiləri Minerva Fabyen Haze və Nikita Volodin (219.09) tamamlayıblar.

Metelkinanın 20, Berulavanın isə 23 yaşı var. İdmançılar turnirin Avropa çempionu (2026), gümüş (2024) və bürünc (2025) medalçılarıdır.

Chosen
36
far.az

1Sources