EN

Azərbaycanlı xanımın yolu “Yuventus”la kəsişəcək

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.

Chosen
68
sportinfo.az

1Sources