EN

Omanın XİN rəhbəri ABŞ-la danışıqlara hazırlıq məqsədilə Əraqçi ilə görüşüb

Omanın xarici işlər naziri Bədr əl-Busaidi nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqlara hazırlıq məqsədilə Cenevrədə iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ arasında sabah keçirilməsi planlaşdırılan danışıqlarının ikinci mərhələsinə hazırlıq məqsədilə Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb", - məlumatda deyilir.

Chosen
27
1
apa.az

2Sources