EN

Ukraynadakı müharibə 2026 cı ildə bitməyəcək

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropanın ən böyük hərbi texnika və silah istehsalçısı olan "Rheinmetall" şirkətinin baş direktoru Armin Paperger bildirib ki, Ukraynadakı müharibə 2026-cı ildə bitməyəcək.

"Ölkə.az" xəbər verir ki, Papergerə görə, Rusiya hərbi əməliyyatların dayandırılmasında maraqlı deyil.

"Kiyevin davamlı dəstəyə ehtiyacı var və Almaniyanın müdafiə şirkəti Ukraynaya əlavə avadanlıq tədarük etməyə hazırdır. Biz bir çox sahələrdə kömək edə bilərik. Hazırda Ukrayna ilə müqavilələrdə nəzərdə tutulduğundan daha çox sursat istehsal edirik”, - deyə Paperger bildirib.

Onun sözlərinə görə, "Rheinmetall" Kiyevi daha çox hava hücumundan müdafiə silahları, dron və tanklarla təmin edə bilər. O əlavə edib ki, bəzi ərazilərdə Ukrayna silahlı qüvvələri üçün istehsal üçün maliyyələşdirmə hələ təmin edilməyib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, 2024-cü ilin sonuna qədər dünyanın 100 ən böyük müdafiə şirkəti silah satışından və hərbi xidmətlərdən əldə etdikləri gəlirləri 5,9% artıraraq 572 milyard avroya çatdırıb.

Bu, qismən Rusiyanın Ukraynada davam edən müharibəsi ilə bağlıdır. Alman silah istehsalçıları gəlirlərini 36% artırıblar.(Teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
2
olke.az

3Sources