EN

Qədim tibbin MÖCÜZƏSİ: Altayda 2500 il əvvəl çənə əməliyyatı APARILIB – FOTO

Altayda tapılan mumiyada 2500 il əvvəl icra edilən unikal əməliyyat aşkar olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Novosibirsk Dövlət Universiteti (NSU) məlumat yayıb.

Universitetin alimləri ilk dəfə olaraq buzlu qəbirdən tapılan qadın mumiyasının kəllə sümüyünü kompüter tomoqrafiyası vasitəsilə tədqiq ediblər.

Araşdırma zamanı məlum olub ki, təxminən 2500 il əvvəl yaşamış bu qadının sağlığında çənə oynağı sınıb.

Qədim dövrün həkimləri qadının aşağı çənəsinin funksiyasını bərpa etmək üçün mürəkkəb cərrahi müdaxilə həyata keçiriblər.

Bu əməliyyat sayəsində qadın yenidən qidalanmaq və danışmaq imkanı qazanıb.

Alimlər bildirirlər ki, indiyədək qədim dövrlərə aid analoji tibbi tapıntıya rast gəlinməyib.

Novosibirsk Dövlət Universiteti sözügedən kəllə sümüyünün tomoqrafiya görüntülərini də paylaşıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
83
interpress.az

1Sources