BAKI, 16 fevral. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi Cenevirədə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin X dəki hesabında məlumat yayılıb.
Görüşdə İran-AEBA əməkdaşlığı müzakirə olunub. Bununla yanaşı, Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarında İranın mövqeyi barədə Rafael Qrossini məlumatlandırıb.