EN

Rusiya bu gecə Kiyevi bombalayacaq Zelenski təcili xəbərdarlıq etdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ukrayna prezidenti Volodimir Zelenski kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiyanın Kiyev və ətrafına qarşı genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu səbəbdən dövlət başçısı hərbi rəhbərliyə əlavə müdafiə tədbirlərinin görülməsi barədə göstəriş verib.

Ukrayna mediasının yaydığı məlumata görə, Zelenski Hərbi Hava Qüvvələrinin komandanlığına, müdafiə naziri və enerji infrastrukturu rəhbərliyinə gün ərzində paytaxtın müdafiəsini gücləndirmək üçün əlavə plan hazırlamağı tapşırıb. Qərar kəşfiyyat orqanlarının mümkün kütləvi zərbə ilə bağlı məlumatlarından sonra qəbul olunub.

Monitorinq resursları bildirir ki, hücum zamanı yüzlərlə kamikadze pilotsuz uçuş aparatı və müxtəlif tip raketlərdən istifadə oluna bilər. Məqsədin Kiyev və vilayətdə istilik-elektrik enerjisi istehsalını iflic halına salmaq olduğu iddia edilir.

Məlumatlara əsasən, mümkün zərbənin artıq bu gecə həyata keçiriləcəyi ehtimal olunur.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
93
globalinfo.az

1Sources