EN

Parisdə respublika abidəsi svastika və təhdid dolu yazılarla təhqir olunub

Parisdə respublika abidəsi svastika və təhdid dolu yazılarla təhqir olunub

Parisdə naməlum şəxslər Respublika meydanındakı abidənin üzərinə svastika işarələri və tanınmış şəxslərə qarşı təhdid dolu şüarlar yazıblar.

Bu barədə "Le Figaro" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Parisin tam mərkəzində yerləşən meydandakı abidənin üzərində nifrət rəmzləri və müxtəlif yazılar aşkar edilib. Bildirilir ki, abidənin üzərində Fransanın keçmiş mədəniyyət naziri Jak Lanqın cəzalandırılmasına dair çağırışlar yer alıb.

Qeyd edək ki, Lanqın adı qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə dəfələrlə çəkilir. Bundan əlavə, vandalizm aktını törədənlər "Rotşildlər ailəsi ilə hesablaşmağa" çağıran şüarlar da yazıblar.

Xəbərdə oxşar hadisənin bir müddət əvvəl Almaniyada da baş verdiyi xatırladılır. Belə ki, ölkənin keçmiş kansleri Helmut Şmidt və xanımı Lokinin məzarları təhqir olunmuşdu. Həmin vaxt cütlüyün başdaşı üzərinə narıncı rənglə dörd svastika çəkilmişdi.

Chosen
43
afn.az

1Sources