EN

Netanyahuya içərisində təhlükəli maddə olan zərf göndərildi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İsrail Baş naziri Binyamin Netanyahunun ofisi şübhəli zərf aşkar edib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, zərfdə naməlum maddə olan ampulalar olub.

“Ynet” xəbər portalı ofisin məsul şöbəsinə istinadən bildirib ki, zərfi açanların həyatına heç bir təhlükə yoxdur. Zərf müayinə üçün laboratoriyaya göndərilib.

“Bild” qəzetinin məlumatına görə, hökumət sözçüsü hadisəni təsdiqləməkdən imtina edib.

İsrail polisi də hələlik ampulalar haqqında yayılan xəbərlərə münasibət bildirməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
3
globalinfo.az

4Sources