EN

Almaniya xarici işlər naziri: Ukrayna üçün raket ehtiyatlarımız yoxdur

BAKI, 16 fevral. TELEQRAF

Almaniyanın Ukraynaya zenit raketləri tədarükündəki fasilələri ehtiyatların tükənməsi ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Deutslandfunk" radiosunda bildirib.

"Artıq onlar bizdə yoxdur. Məsələn, "Patriot" üçün olan raketlər ABŞ-yə məxsus istehsal müəssisələrindən gəlir" - Vadeful qeyd edib.

Onun sözlərinə görə, ABŞ-da istehsal olunan raketlər dərhal Ukraynaya göndərilir və avropalılar Amerika silahlarının pulunu ödəyirlər. Nazir hesab edir ki, maliyyə xərclərinin əksəriyyətini Almaniya ödəyir və digər Aİ ölkələri də öz töhfələrini artıra bilərlər.

Daha əvvəl Vadefel Almaniyanı Ukraynanın ən böyük sponsoru adlandırıb.

Chosen
19
teleqraf.com

1Sources