EN

Rayona qayıtdı, qohumu tərəfindən bıçaqlandı - TƏFƏRRÜATLARVİDEO

Cəlilabadda 52 yaşlı kişi qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, hadisə fevralın rayon ərazisində qeydə alınıb. 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orada ölüb. Cəlilabad rayon prokurorluğunun məlumatında deyilir ki, ilkin araşdırmalarla 24 yaşlı İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İlkin məlumata görə, mərhum son dövrlər Bakı şəhərində, övladlarının yanında yaşayırmış. Rayona qayıdan Azər Baxşiyev İbrahim Babayevlə görüşüb və aralarında mübahisə yaranıb, nəticədə bu hadisə baş verib. Onların qohum olduğu bildirilir.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda  Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, İbrahim  Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
99
xezerxeber.az

1Sources