EN

Proqram iştirakçısı: "IT SkillSprint" proqramına qəbul olmağım mənə mühüm üstünlüklər qazandıracaq VİDEO

Bakı, 16 fevral, AZƏRTAC

“IT SkillSprint” proqramına qəbul olmağım mənə mühüm üstünlüklər qazandıracaq və bunun üçün qürur hissi keçirirəm. Bu imkan mənim həm şəxsi, həm də peşəkar inkişafım üçün çox dəyərlidir.

Bunu AZƏRTAC-a açıqlamasında proqram iştirakçısı, tələbə İlkin İsmayılov bildirib.

Onun sözlərinə görə, proqramda iştirakı zamanı əldə etdiyi biliklər sayəsində özünü daha da təkmilləşdirəcək.

“Nəzəri biliklərimi praktiki təcrübə ilə birləşdirərək sahə üzrə bacarıqlarımı artırıram. İnanıram ki, bu proses gələcəkdə daha yüksək vəzifələrə yüksəlməyimə və ya seçdiyim sahədə ciddi nailiyyətlər əldə etməyimə mühüm töhfə verəcək. Bu proqram çərçivəsində beynəlxalq təcrübə və qabaqcıl metodlardan istifadə olunur. Məncə bu çox vacib amildir. Çünki real praktikalar, real layihələr və beynəlxalq yanaşmalar insanın dünyagörüşünü genişləndirir, peşəkarlıq səviyyəsini yüksəldir və onu daha rəqabətqabiliyyətli edir. Şəxsi inkişafım baxımından hesab edirəm ki, insan özünü müxtəlif mühitlərdə sınamalı, yeni proqramlara qoşulmalı və fərqli təcrübələr qazanmalıdır. Bu, həm real praktik biliklərin artmasına, həm də yeni bacarıqların formalaşmasına kömək edir. Mən də bu imkanlardan maksimum istifadə edərək bilik və təcrübəmi davamlı şəkildə artırmağa çalışıram”, - deyə o vurğulayıb.

Chosen
79
1
azertag.az

2Sources