Gəncədə yanğın hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.

Yanğın zamanı 2004-cü il təvəllüdü G. Nəbiyeva, 1989-cu il təvəllüdlü N. Mövsümov tüstüdən zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Leqal.info