EN

Proqram iştirakçısı: Problem həll etmə və kreativ düşünmə bacarıqlarımı inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam

Bakı, 16 fevral, AZƏRTAC

Veb-developer sahəsində ixtisaslaşmağa qərar vermişəm, bu istiqamətdə bilik və bacarıqlarımı davamlı inkişaf etdirməyə çalışıram. Bunun üçün daim öyrənmək, yeni texnologiyaları izləmək və əldə etdiyim bilikləri praktikada tətbiq etmək niyyətindəyəm.

Bunu AZƏRTAC-a açıqlaması zamanı “IT SkillSprint” proqramının iştirakçısı Şəbnəm Muradova bildirib.

Onun sözlərinə görə, proqram vasitəsilə müasir texnologiyaları, qabaqcıl metodları və bu sahədə tətbiq olunan ən yaxşı təcrübələri öyrənmək istəyir.

“Hesab edirəm ki, qoşulduğum beynəlxalq proqram mənim üçün yalnız yeni biliklər əldə etmək imkanı deyil, həm də fərqli ölkələrdən olan mütəxəssislərlə ünsiyyət quraraq beynəlxalq təcrübə qazanmaq baxımından çox dəyərlidir. Eyni zamanda, müxtəlif layihələrdə iştirak etməklə həm texniki bacarıqlarımı gücləndirmək, həm də komanda işi, problem həll etmə və kreativ düşünmə kimi vacib bacarıqlarımı inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam”, - deyə proqram iştirakçısı vurğulayıb.

Chosen
98
3
azertag.az

4Sources